2016-cı ildə “AS Group Investment” Abşeron yarımadasında, Hövsan quşçuluq sovxozunun ərazisində Abşeron Aqroparkı layihəsinin həyata keçirilməsinə start verdi. Layihənin ümumi sahəsi 434 ha təşkil edir. Layihə ümumilikdə iki hissədən ibarətdir. İlkin mərhələdə kiçik və orta sahibkarlıq üçün ümumi sahəsi 330 ha təşkil edən istixana komplekslərinin inşası nəzərdə tutulub. İkinci mərhələdə müxtəlif funksional obyektləri əhatə edəcək 24 ha sənaye zonası yaradılacaq.