Yaxın gələcəkdə “AS Agro” şirkəti “AS Group Investment”in başçılığı altında Azərbaycanda tədris müəssisələrinin açılması yolu ilə elmi-aqrar biznesin daha dinamik inkişafını planlaşdırır. Aqrar-sənaye kompleksi və dünya elmi-tədris məkanında tələbatın olduğu rəqabətli mütəxəssisin formalaşması üçün şəraitin yaradılması. Bu müəssisələrdə yüksək ixtisaslı mütəxəssislər qrupu, həmçinin aqronomiya sahəsində professorlar dərs keçəcəklər. Bu tədris müəssisələrinin nəzdində aqronomiya sahəsində dərin biliklərə yiyələnmək, həmçinin “AS Agro” komandasında işə başlamaq şansını qazanmaq istəyənlər üçün əlverişli şərait yaradılacaq.