Tədqiqat və İnkişaf Mərkəzinin əsas məqsədi “As Agro” şirkətinin rəqabət qabiliyyətini və yenilikçiliyini artıran qabaqcıl həll üsulları və texnologiyaların yaradılmasını dəstəkləməkdir. Məqsədimiz biznes və elmi ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu həm tədqiqatların maliyyələşdirilməsinə sahibkarların daha çox cəlb olunmasına, həm də bu tədqiqatların daha effektiv kommersiyalaşdırılmasına gətirib çıxarır.
Bitki nümunələrinin, torpaqların, toxumların hərtərəfli tədqiqatını, mineral gübrələrin tətbiqi planlarının hesablanmasını, torpaqların aqrokimyəvi xəritələrinin hazırlanmasını, fərdi şəkildə hər bir sahə və hər bir məhsul üçün bitki mühafizəsi üzrə peşəkar tövsiyələr təklif edirik.