Keyfiyyəti maksimallaşdırmaq və xərcləri minimuma endirmək məqsədi ilə “As Agro” şirkəti yaxın gələcəkdə respublikamızda aparıcı tingliklərdən birini təsis etmək niyyətindədir. Şirkətimizin istehsal potensialının artdığı indiki vəziyyətdə, biz toxumların yetişdirilməsi sahəsində olan biliklərimizi artırmalıyıq. Biz xüsusi ilə, öz istehsal texnologiyalarımızın təkmilləşdirilməsi və optimallaşdırılması üçün tinglik sahəsində apardığımız davamlı tədqiqatlarımızla qürur duyuruq.