Profit| Quality| Future generating investments
Our mission is to implement important for society projects, by preserving existing traditions and using modern technologies.
Bizim Haqqimizda
|
|
|
AS Agro – bu, AS Group Investment şirkəti tərəfindən 2016-cı ildə əsası qoyulmuş, şaxələndirilmiş kənd təsərrüfatı biznesidir. Azərbaycanın aparıcı şirkətlərindən biri olan AS Group Investment bütün dünyada fermerlər, pərakəndə şəbəkələr və investorlar üçün geniş imkanlar və həll yolları təqdim edir. Şirkət kənd təsərrüfatına perspektivli yanaşmadan istifadə edərək, məhsul və xidmətlərin yüksək keyfiyyətini təmin edir və beləliklə, fəaliyyətinin şəffaflıq və loyallığını maraqlı tərəflərə göstərir. Kənd təsərrüfatı və becərmə üzrə ixtisaslaşmış peşəkarlardan ibarət təcrübəli komandaya malik AS Agro tələbat və məqsədlərini qiymətləndirmək, uğurlu və etibarlı tərəfdaşlığı təmin etmək üçün kiçik və orta müəssisələr ilə sıx əməkdaşlıq edir. Məhsulun keyfiyyəti bizim müəssisəmizin ürəyidir. Biz çoxlu sayda nailiyyətlər əldə etmiş və yerli və xarici riteylerlər, investorlar və istehlakçılarla uzunmüddətli kooperativ münasibətlər qurmuşuq.
2003-cü ildən dövlət və özəl sektorda uğurlu kompleks layihələri həyata keçirən “AS Group Investment” Şirkətlər Qrupu regionun aparıcı developerlərindən biridir.
Savadlı idarəetmə, güclü, müasir texniki baza və qabaqcıl dünya texnologiyalarının tətbiqi şirkətin qısa müddət ərzində nail olduğu böyük uğurların rəhni olmaqla yanaşı, həm Azərbaycanda, həm də başqa ölkələrdə etibarlı işgüzar tərəfdaş nüfuzunu qazanmağa imkan verdi.
Məqsədimiz
Kənd təsərrüfatının inkişafı uğurla, böyük miqyasda və davamlı, məhsuldar, ədalətli əsaslarla həyata keçirilə bilər. Məqsədimiz kənd təsərrüfatı sanəyesində birinci seçimə çevrilməkdir. Biz sənaye aqro parkında, startap müəssisələr, eləcə də iri və orta sərmayəçilər üçün yüksək səviyyəli dəstək, məsləhətləşmə və rahat şərait təmin edirik. İnsan resurslarının, kənd təsərrüfatı istehsalının və məhsuldarlığının genişləndirilməsi, resursların idarə edilməsi və fiziki infrastrukturun təkmilləşdirilməsi və bazarın inkişafı vasitəsi ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı iqtisadiyyatının təkmilləşdirilməsi.
Sənaye aqro-parkına sərmayələr
|
|
|
İnkişafın hazırkı mərhələsində, «As Group İnvestment» şirkəti orta və böyük investorlara sənaye aqro parkı layihəsinin şərtləri ilə tanış olmağı təklif edir.
Aşağıda siz bu layihə haqqında təqdimatla və videoçarxla tanış ola bilərsiniz.
|
Video baxmaq üçün Play düyməsinə basın.
Məhsullarımız
Bu günə qədər “As Agro” şirkəti fəaliyyətini 2 növ məhsulun inkişafı və yetişdirilməsinə yönəltmişdir: “Love Berry” çiyələyi və “Muchoo” pomidoru. Bizim məhsulların dadına baxmaqla, onların keyfiyyəti və inanılmaz dadına əmin ola biləcəksiniz. Alıcımızın rəyi bizim üçün birinci yerdədir, bu səbəbdən ən yaxşı növ və məhsulları peşəkar şəkildə becərir və diqqətlə seçirik. Əlavə olunmuş fayllarda məhsullarımızla ətraflı tanış ola bilərsiniz.
Muchoo
Mucho pomidorları – bu, əsl dadın qiymətini bilənlər arasında çox populyar olan çəhrayı yapon tomatları markasıdır! Mucho pomidorları şirəlilik və əla dad ilə yanaşı, həm də iştaha gətirən ətir, hətta forma və böyük ölçüləri ilə fərqlənirlər.
Love Berry
Love Berry holland Albion çiyələk növüdür. O, ən yüksək təriflərə layiqdir və xoş ətri, şirin dadına görə çox məşhurdur. Bu növ yaxşı çiyələk dadının əsl biliciləri üçün yaradılıb.
Genişlənmə üzrə planlar
Tədqiqat və İnkişaf Mərkəzi
Tədqiqat və İnkişaf Mərkəzi
Tədqiqat və İnkişaf Mərkəzinin əsas məqsədi “As Agro” şirkətinin rəqabət qabiliyyətini və yenilikçiliyini artıran qabaqcıl həll üsulları və texnologiyaların yaradılmasını dəstəkləməkdir. Məqsədimiz biznes və elmi ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsidir ki, …
Azərbaycanda aqronomiya məktəbi
Azərbaycanda aqronomiya məktəbi
Yaxın gələcəkdə “AS Agro” şirkəti “AS Group Investment”in başçılığı altında Azərbaycanda tədris müəssisələrinin açılması yolu ilə elmi-aqrar biznesin daha dinamik inkişafını planlaşdırır. Aqrar-sənaye kompleksi və dünya elmi-tədris məkanında tələbatın olduğu …
Logistika
Logistika
Logistika xidməti sənaye aqro-park zəncirində heç də az əhəmiyyətli bənd deyil. 2017-ci ilin dördüncü rübündə “As Group Investments” şirkəti 20 ədəd soyuducu yük maşını almaq niyyətindədir, həmçinin 2018-ci ilin sonuna …
Toxum yetişdirilməsi üçün tinglik
Toxum yetişdirilməsi üçün tinglik
Keyfiyyəti maksimallaşdırmaq və xərcləri minimuma endirmək məqsədi ilə “As Agro” şirkəti yaxın gələcəkdə respublikamızda aparıcı tingliklərdən birini təsis etmək niyyətindədir. Şirkətimizin istehsal potensialının artdığı indiki vəziyyətdə, biz toxumların yetişdirilməsi sahəsində …
Genişlənmə üzrə planlar
Genişlənmə üzrə planlar
2016-cı ildə “AS Group Investment” Abşeron yarımadasında, Hövsan quşçuluq sovxozunun ərazisində Abşeron Aqroparkı layihəsinin həyata keçirilməsinə start verdi. Layihənin ümumi sahəsi 434 ha təşkil edir. Layihə ümumilikdə iki hissədən ibarətdir. …
Laboratoriya
Laboratoriya
Eyni zamanda bizim sənaye zonamızda laboratoriyalar yaradılacaq. Müasir dövrdə biotexnoloji tədqiqatlar kənd təsərrüfatı məhsullarının yeni növlərinin yaradılması və yayılması, məhsul yığımının və məhsuldarlığın artırılması üçün həlledici əhəmiyyət daşıyır. Biz resursların …